Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılması imkanı mövcuddur.
Elchi.az İran mediasına istinadən xəbər verir ki, bunu Beynəlxalq Dəniz Təşkilatının (BDT) Baş katibi Arsenio Dominquez deyib.
“Hörmüz boğazının idarə olunması ilə bağlı Oman hakimiyyəti ilə danışıqlar aparılıb”, – o qeyd edib.
A. Dominquezin sözlərinə görə, Hörmüzlə bağlı danışıqlar ABŞ ilə İran arasında müharibədən sonrakı böhranın həlli yollarını tapmaq məqsədilə aparılır.





















