Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüş barədə paylaşım edib.
Elchi.az xəbər verir ki, o, Türkiyənin Aİ üzvlüyünə namizəd ölkə və strateji tərəfdaş olduğunu bildirib.
“Türkiyə təhlükəsizlik, miqrasiya və enerji məsələlərində əsas tərəfdaşdır, həmçinin Aİ üzvlüyünə namizəd ölkədir. Bu gün Prezident Ərdoğanla Aİ-Türkiyə münasibətlərinin daha da möhkəmləndirilməsi və yaxşı qonşuluq münasibətlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparmaq xoş oldu”, – Avropa İttifaqının baş diplomatı yazıb.
Kaya Kallas qeyd edib ki, görüş zamanı qlobal təhlükəsizlik problemləri və regional münaqişələr də müzakirə olunub:
“Həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, Yaxın Şərqdəki münaqişələri və Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə etdik. Türkiyə NATO-nun şərq cinahının qorunmasına mühüm töhfə verir”.





















