Prezident İlham Əliyev Venesuela Bolivar Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə başsağlığı verib.
Elchi.az xəbər verir ki, mətndə deyilir:
“Zati-aliləri,
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.





















