"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

26 İyun 2026 - 11:08
in GÜNDƏM, XƏBƏR LENTİ
FacebookVatsap

CICA Gənclər Şurasının 9-cu iclasında çıxış etməkdən böyük məmnunluq duyuram. İlk növbədə CICA Katibliyinə və bütün üzv dövlətlərə təşkilat çərçivəsində gənclər arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri davamlı töhfəyə görə səmimi təşəkkürümü bildirirəm”.

Bunu da oxuyun

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Elchi.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir və gənclərə investisiya qoyuluşu dövlət siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını gücləndirən hərtərəfli siyasət həyata keçirilir.

Ölkəmiz beynəlxalq əməkdaşlıqda gənclərin iştirakını daim təşviq edib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub. Qlobal çağırışların həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf mövzularında müzakirələrə fəal töhfə veriblər. Eyni zamanda, Dünya Şəhər Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasında iştirak etməsi üçün mühüm platforma rolunu oynayıb. Bu təcrübələr bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, həm də həmin həllərin hazırlanması prosesində iştirak etməlidirlər”.

Fərid Qayıbov bildirib ki, CICA çərçivəsində gənclərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial mövcuddur: “Ən yaxşı təcrübələrin paylaşılması, birgə təşəbbüslərin dəstəklənməsi və tərəfdaşlıqların gücləndirilməsi ilə regionumuzda daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verə bilərik.

Sonda CICA Katibliyinə, bu görüşün təşkilatçılarına və bütün hörmətli iştirakçılara göstərdikləri səylərə və dəyərli töhfələrinə görə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü müzakirələr əməkdaşlığımızı daha da möhkəmləndirəcək və gənclərimizin rəhbərliyi ilə daha sülhsevər, dayanıqlı və firavan gələcək naminə yeni təşəbbüslərə ilham verəcək”.

Previous Post

Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək

Next Post

Azərbaycan nefti bahalaşıb

Bənzər yazılar

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin...

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək. Elchi.az -ın məlumatına...

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri...

Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək. Elchi.az -ın əldə etdiyi məlumata görə, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad...

Next Post
Neftin bu günə olan qiyməti

Azərbaycan nefti bahalaşıb

Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyat əmri verdi

Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyat əmri verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12
Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09
Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək

26 Avqust 2026 - 22:52
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

26 Avqust 2026 - 22:50
Azərbaycanda 2389 məscid var

Azərbaycanda 2389 məscid var

26 Avqust 2026 - 22:35
Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

26 Avqust 2026 - 22:33
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb

26 Avqust 2026 - 22:31
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

26 Avqust 2026 - 20:18
Cəlilabadda zəlzələ baş verib

Cəlilabadda zəlzələ baş verib

26 Avqust 2026 - 20:15
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

26 Avqust 2026 - 20:13
Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

Tibetdə sel zamanı 3 nəfər ölüb, 260-dan çox insan itkin düşüb

26 Avqust 2026 - 20:11
53 nömrəli marşrutun istiqaməti dəyişib

53 nömrəli marşrutun istiqaməti dəyişib

26 Avqust 2026 - 19:29
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Cəlilabadda zəlzələ olub

26 Avqust 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.