Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimindəki çıxışında deyib.
O qeyd edib ki, İƏT dövlətləri işğal vaxtı, eləcə də işğaldan sonra daim Azərbaycanla həmrəylik nümayiş etdirib.





















