İyunun 21-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan materiallarının emalı aparılır.
Bu barədə Elchi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Eyni zamanda bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahan materialları da emal edilir.
Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.





















