Boliviya Prezidenti Rodriqo Paz iqtisadiyyatı 50 gündür iflic edən kütləvi etirazlar və yolların bağlanması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik bildirib ki, qərar ölkədə asayişi bərpa etmək üçün Silahlı Qüvvələrin cəlb olunmasına yol açır.
Boliviyada bir neçə həftədir hökumət əleyhinə etirazlar davam edir, bu, müxtəlif bölgələrdə yolların bağlanmasına səbəb olub. Hakimiyyət təchizatdakı fasilələrə və iğtişaşlara görə keçmiş prezident Evo Moralesin tərəfdarlarını günahlandırır.





















