"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub

19 İyun 2026 - 12:09
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub.

Bunu da oxuyun

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

APA xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov çıxış edib.

Soltan Məmmədov qeyd edib ki, sosialyönümlü dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olan səhiyyə sahəsində icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi öz müsbət nəticələrini verməkdədir:

“Bu xüsusda bəzi məsələləri vurğulamaq istərdim. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfinin davamlı genişləndirilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi mühüm məsələlərdir. Eyni zamanda, profilaktik tədbirlərin genişləndirilməsinə və ilkin səhiyyə xidmətləri sisteminin gücləndirilməsinə xüsusi önəm verilməlidir. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə, xüsusilə COVID-19 pandemiyasından sonra vurğuladığım hər iki istiqamət üzrə xərclərin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub. Avropa regionu ölkələrində ilkin səhiyyə xidmətlərinə ayrılan xərclərin ümumi səhiyyə xərclərindəki payı orta hesabla 15-20 faiz, profilaktik tədbirlərə ayrılan vəsaitlərin payı isə 3-7 faiz təşkil edib. Profilaktik tədbirlərə və ilkin səhiyyə sisteminə ayrılan xərclərin artırılması ümumi səhiyyə xərclərinin optimallaşdırılmasına, səhiyyə sisteminin həddindən artıq yüklənməsinin qarşısının alınmasına xidmət edir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə bu istiqamətdə islahatların daha da dərinləşdirilməsinə ehtiyac var”.

Deputat diqqətə çatdırıb ki, təqdim olunan hesabatda 2025-ci ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsi üzrə sümük iliyi transplantasiyası əməliyyatlarının icrası üçün 5 milyon manat vəsaitin ayrılması çox təqdirəlayiq haldır:

“Bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün bu dəstəyə böyük ehtiyac var. Son illər sümük iliyi transplantasiyası əməliyyatlarının ölkə xaricində icra edilməsi ilə yanaşı, onların ölkə daxilində həyata keçirilməsi istiqamətində də bir sıra tədbirlər görülüb. Həm dövlət, həm də özəl tibb müəssisələrində bu əməliyyatların həyata keçirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, kadr potensialının genişləndirilməsinə, sümük iliyi donor bankının yaradılmasına və bu yolla ölkə daxilində həyata keçirilən əməliyyatların yalnız birinci dərəcəli qohum donorlarla məhdudlaşdırılmasının aradan qaldırılmasına ehtiyac var. Bundan başqa, səhiyyə sahəsində illər ərzində uğurla həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrini nəzərə alaraq, irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması istiqamətində işlərin davam etdirilməsinin vacib olduğunu düşünürəm”.

Previous Post

Ölkədə 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənib

Next Post

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Bənzər yazılar

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Nazirlikdən Elchi.az-a...

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

03 Noyabr 2026 - 10:46

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda kompleks mülki müdafiə təlimi...

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

03 Noyabr 2026 - 10:21

Noyabrın 3-də Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq. “Azərişıq” ASC-dən Elchi.az-a bildirilib ki, Ağdaşda...

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq...

Next Post
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

03 Noyabr 2026 - 12:04
Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

Çin qlobal kibertəhlükəsizlik sahəsində əməkdaşlığa çağırıb

03 Noyabr 2026 - 11:57
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

03 Noyabr 2026 - 11:50
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib

03 Noyabr 2026 - 11:43
Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

Azərbaycan lideri Panama Prezidentinə təbrik ünvanlayıb

03 Noyabr 2026 - 11:35
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:32
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

03 Noyabr 2026 - 11:29
Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

Spiker: Qarabağ və Şərqi Zəngəzurun bərpası qələbəmizi real məzmunla birləşdirir

03 Noyabr 2026 - 11:24
Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis Zəfər günü ilə bağlı bəyanat qəbul edəcək

03 Noyabr 2026 - 11:16
Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

03 Noyabr 2026 - 11:10
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfərə gəlib

03 Noyabr 2026 - 10:58
Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

Sədərəkdə kompleks mülki müdafiə təlimi keçirilib

03 Noyabr 2026 - 10:46
Türkiyədə avtobus qəzasında 45 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 45 nəfər xəsarət alıb

03 Noyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.