İsrail Müdafiə Ordusu (SAXAL) bütün gecə boyu Livanın cənubunu bombaladığını və ölkəyə qarşı hücumları davam etdirdiyini bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bütün gecə ərzində İsrail Müdafiə Ordusu Livanın cənubundakı bir neçə rayonda “Hizbullah” yaraqlılarına və infrastrukturuna zərbələr endirib və endirməkdə davam edir. Zərbələr “Hizbullah” tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasına cavab olaraq həyata keçirilib”, — deyə SAXAL-ın bəyanatında bildirilir.
Məryəm





















