8 iyunda Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb.
Elchi.az xəbər verir ki, Manilada yerləşən “Inquirer” qəzetinin məlumatına görə, rəsmilər Mindanaoda baş verən zəlzələ nəticəsində ölənlərin sayının artdığını bildiriblər.
Rəsmilər ölənlərin sayının 78-ə çatdığını, 1339 nəfərin yaralandığını və 30 nəfərin itkin düşdüyünü bildiriblər.
Rəsmilər zəlzələdən təxminən 1,5 milyon insanın təsirləndiyini bildiriblər.
ABŞ Geoloji Xidməti (USGS) 8 iyunda Mindanaoda 7,8 bal gücündə zəlzələ qeydə alıb və zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini bildirib. “Sakit Od Həlqəsi” kimi tanınan zəlzələ və vulkan qurşağında yerləşən Filippində genişmiqyaslı zəlzələlər tez-tez baş verir.
Şayəstə





















