Kanadanın milli müdafiə naziri Devid Makginti Ukraynadakı münaqişənin başa çatdırılması barədə danışmağın vaxtının çatdığını bəyan edib.
Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.
“Bu müharibənin bitməsi barədə danışıqlara başlamağın vaxtı gəlib çatıb. Çox insan həlak olur”, — deyə o bildirib.
Bununla belə, nazir Kanadanın Kiyevə lazımi hərbi yardımı göstərməyə davam edəcəyini vurğulayıb. Makginti Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya etdiyi zərbələri isə şərh etməkdən yayınıb.
May ayında Kanadanın xarici işlər naziri Anita Anand bəyan etmişdi ki, Ottava Kiyevə hərbi, maliyyə və humanitar dəstək üçün artıq 25,5 milyard Kanada dolları (18,5 milyard ABŞ dolları) xərcləyərək “Ukraynanın dünyadakı ən böyük donorlarından birinə” çevrilib. O, Kiyevə yardımların gələcəkdə də davam etdiriləcəyinə söz verib.
Məryəm





















