Azərbaycan millisinin üzvü Cəlal Hüseynov Rumıniyanın “Petrolul” klubuna transfer olunub.
Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın “Arda” klubunda çıxış edib. O, çempionat, ölkə kuboku və Konfrans Liqasının təsnifat mərhələsində ümumilikdə 39 oyunda meydana çıxıb. Hüseynov Azərbaycan millisinin heyətində 26 oyunda iştirak edib. Futbolçunun son milli görüşü iyunun 9-da San Marino ilə keçirilən yoxlama matçına təsadüf edib.





















