"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Türkiyə klubunun baş məşqçisi: “Qarabağ” və “Sabah”ın oyunçularını izləyirik

16 İyun 2026 - 18:16
in İDMAN
FacebookVatsap

“Ozan Can Kökçünün Azərbaycan millisindəki çıxışlarını və Niderlandda keçirdiyi oyunları izləyirdik. Türk olması da marağımızı artırırdı. Təxminən iki ildir onu transfer etmək istəyirdik və nəhayət, istəyimizə nail olduq”.

Bunu da oxuyun

DÇ-2026: Fransa – Seneqal oyunu başlayıb

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli oldu

Elchi.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Türkiyə I Liqa təmsilçisi “Vanspor”un baş məşqçisi Murat Yıldırım Ozan Can Kökçünün transferindən danışarkən deyib.

Mütəxəssis 27 yaşlı yarımmüdafiəçinin iki illik müqavilə əsasında komandaya cəlb olunmasından söz açıb.

Yıldırımın sözlərinə görə, Ozanın keçidi heç də asan başa gəlməyib:

“Ozan Can Kökçü uzun müddətdir izlədiyimiz futbolçudur, qardaş ölkə Azərbaycanın milli komandasının üzvüdür. Bundan əlavə, qardaşı Orkun Kökçü də Türkiyə millisində çıxış edir. Ona görə də Ozanı yaxşı tanıyırıq. Oyun üslubları da bir-birinə bənzəyir. Heyətimizdə Avropa və milli komanda təcrübəsi olan futbolçuya ehtiyac var idi. Ötən mövsüm komandanı yenidən I Liqaya yüksəltdikdən sonra ayrılmışdım, bu mövsüm isə geri qayıtdım. Qayıdandan sonra rəhbərliyə Ozan barədə məlumat verdim və onu transfer etməli olduğumuzu bildirdim. Bunun üçün xeyli çalışdıq. Danışıqlar kifayət qədər gərgin keçdi. Ozan Can bizim istədiyimiz tipdə futbolçudur. O, yarımmüdafiədə müxtəlif mövqelərdə oynaya bilir – mərkəzdə, cinahda və digər rollarda. Keyfiyyətli oyunçu olduğu üçün komandamıza böyük fayda verəcəyinə inanırıq. Buna görə də ilk transferimizi Ozan Can Kökçü ilə reallaşdırdıq”.

Baş məşqçi Azərbaycan millisinin üzvündən gözləntilərini də bölüşüb:

“Ozan Canın meydandakı dinamizmini, atletizmini, oyun görüşünü və xarakterini yaxından təhlil etmişik. Ondan gözləntimiz həm meydanda, həm də meydandan kənarda liderlik etməsidir. Qarşıya qoyduğumuz çətin hədəflərə gedən yolda komandaya dəstək verməsini istəyirik. Dünən axşam da onunla söhbət etdik. Əsas məqsədimiz pley-off mərhələsinə yüksəlməkdir. Bu yolda bizə böyük töhfə verəcəyinə inanırıq və ondan çox şey gözləyirik”.

Murat Yıldırım Azərbaycandan “Sabah”, “Qarabağ” və “Araz-Naxçıvan” klublarının futbolçularını da izlədiklərini bildirib:

“Onlarla bağlı qərarı qarşıdakı dövrdə verəcəyik. Həqiqətən də keyfiyyətli oyunçular var və onlar haqqında hesabatlar hazırlayırıq. İzlədiyimiz futbolçular arasında həm azərbaycanlılar, həm də legionerlər var. Hazırda daha 3-4 futbolçunu diqqətdə saxlayırıq, hələ yekun qərar verməmişik.

Azərbaycan Premyer Liqasını yaxından izləyirik. Dünən “Qarabağ”ın da bir futbolçusunu izlədik. Qarşıdakı günlərdə şərtlər uyğun olarsa, növbəti həftələrdə transferlərlə bağlı rəsmi addımlar ata bilərik”.

Baş məşqçi sözügedən futbolçunun Elvin Cəfərquliyev olub-olmadığı barədə sualı belə cavablandırıb: “Elvin Cəfərquliyev yaxşı futbolçudur, amma biz ilk növbədə komandadakı çatışmazlıqları nəzərə alırıq. Hansı mövqelərdə ehtiyacımız varsa, həmin yerlərə uyğun oyunçular transfer etməyə çalışacağıq”.

Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandın “Volendam” klubunun formasını geyinib.

Previous Post

Tramp Hörmüz boğazının açılacağını elan edib

Next Post

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Bənzər yazılar

DÇ-2026: Fransa – Seneqal oyunu başlayıb

DÇ-2026: Fransa – Seneqal oyunu başlayıb

16 İyun 2026 - 23:36

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, I qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir. Qarşılaşmanı...

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

16 İyun 2026 - 19:30

"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyənləşib. Elchi.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş...

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli oldu

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli oldu

16 İyun 2026 - 16:04

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub. Elchi.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bu posta...

Bakıda keçiriləcək UFC turnirinə dünyanın 67 ölkəsindən azarkeş gələcək

Bakıda keçiriləcək UFC turnirinə dünyanın 67 ölkəsindən azarkeş gələcək

16 İyun 2026 - 12:03

"UFC Fight Night" Bakı turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gözlənir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Elchi.az-a verilən məlumata görə, yarışa...

Next Post
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Lord Ceyson Stokvud: Böyük Britaniya və Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur

Lord Ceyson Stokvud: Böyük Britaniya və Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib

Azərbaycan Əlcəzair ilə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib

16 İyun 2026 - 23:40
Qətərin  ABŞ-İran dialoqu ilə bağlı ümidləri artır

Qətərin ABŞ-İran dialoqu ilə bağlı ümidləri artır

16 İyun 2026 - 23:38
DÇ-2026: Fransa – Seneqal oyunu başlayıb

DÇ-2026: Fransa – Seneqal oyunu başlayıb

16 İyun 2026 - 23:36
Nazir: Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir

Nazir: Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir

16 İyun 2026 - 23:35
İspaniyada 719 milyon avroya süni intellekt “giqafabrik”i yaradılacaq

İspaniyada 719 milyon avroya süni intellekt “giqafabrik”i yaradılacaq

16 İyun 2026 - 23:33
Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir

Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir

16 İyun 2026 - 23:31
Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir

Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı cinayət işi başlatmaq niyyətindədir

16 İyun 2026 - 22:26
Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

16 İyun 2026 - 22:23
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək

WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək

16 İyun 2026 - 22:17
Şəhid övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Şəhid övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

16 İyun 2026 - 22:11
Xmelnitski vilayətində Ukraynanın “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb

Xmelnitski vilayətində Ukraynanın “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb

16 İyun 2026 - 22:06
Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib

16 İyun 2026 - 20:27
Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır

Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır

16 İyun 2026 - 20:24
Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

16 İyun 2026 - 19:54
DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb

DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb

16 İyun 2026 - 19:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.