"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır – FOTO

13 İyun 2026 - 14:20
in HADİSƏ
FacebookVatsap

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 54-cü buraxılış mərasimi keçirilib.

Bunu da oxuyun

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

Elchi.az xəbər verir ki, tədbirdə Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Müdafiə Nazirliyinin Baş İdarə rəisləri, hərbi liseyin rəhbərliyi, pedaqoji heyəti, ictimaiyyət və media nümayəndələri, kursant valideynləri iştirak edib.

Öncə ümummilli lider Heydər Əliyev və torpaqlarımız uğrunda canını fəda edən şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov bildirib ki, 55 il əvvəl milli hərbi kadrların hazırlanmasının vacibliyini görən Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, bu təhsil ocağının əsasını qoyub: “Sovet rejiminin ən sərt dövründə cəsarətlə qəbul edilən bu qərar müstəqil Azərbaycanın güclü ordusunun formalaşdırılmasına xidmət edən ən mühüm dövlətçilik addımlarından biri olub. Bu məktəbin adı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrəti və dövlətimizin əzəməti ilə yanaşı çəkilir”.

Rektorun sözlərinə görə, Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox məzun Vətən yolunda şəhidlik zirvəsinə ucalıb.

Onların qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, liseyin məzunları sırasından 11 nəfər Milli Qəhrəman, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

“Azərbaycan Ordusunun təhsil sisteminin inkişafı üçün göstərilən xüsusi diqqət və qayğıya görə, başda Ali Baş Komandanımız olmaqla, Müdafiə Nazirliyinin bütün rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – rektor əlavə edib.

General-mayor Gündüz Əbdülov qeyd edib ki, buraxılış mərasimində illər öncə özü ilə yanaşı bir neçə general iştirak edib. Onların arasında Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının komandanı Ağamir Sultanov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri Zaur Rüstəmov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov, Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi Vasif Xəlilov, eyni zamanda bir ilə yaxın onlarla xidmət edən Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi, Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin dekanı, professor İbrahim Hətəm iştirak edir.

Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev kursantları məzun olmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğur arzu edib.

Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Kursantlar adından çıxış edən kurs birincisi Teymur Əliyev hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib.

Hərbi liseyin rəmzi kötüyünə 2026-cı ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.

Daha sonra məzun kursantlar və valideynləri öz sevinc hisslərini media ilə bölüşüblər.

Kursant Həmidzadə Məhəmməd bildirib ki, əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olur: “Bu həm sevincli, həm də kədərli hissdir. Uşaq vaxtından hərbiyə olan marağım məni bu liseyə qovuşdurdu. Beləliklə, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olaraq hərbi təhsilimi davam etdirəcəyəm. Mən inanıram ki, aldığım təhsillə gələcəkdə Azərbaycan Ordusunun savadlı və peşəkar zabitlərindən olacağam”.

Kursant Nihat Həbibli isə qeyd edib ki, məzun olan hər bir kursant gələcəkdə Azərbaycan Ordusunun sıralarında peşəkar, ləyaqətli və şərəfli zabit kimi xidmət edəcək: “Mən hərb peşəsini öz istəyimlə seçmişəm. Bu seçimimdə ailəmin, xüsusilə də Dövlət Sərhəd Xidmətində çalışan qardaşımın böyük rolu olub. Uşaq yaşlarından onun hərbi formasına, xidmətinə və məsuliyyətinə heyranlıqla baxmışam. Məhz buna görə hərbçi olmağı qarşıma məqsəd qoymuşam. Bu gün hərbi yolda addımlamaq və gələcəkdə Vətənə xidmət etmək mənim üçün böyük qürur və şərəfdir. İnanıram ki, qazandığımız bilik və təcrübə ilə ölkəmizə layiqincə xidmət edəcəyik. Yaşasın Azərbaycan!”

Hərbi liseyin rəisi Anar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, lisey Azərbaycan Ordusunda kadrların yetişdirilməsində xüsusi rol oynayır: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin dediyi kimi, Ulu Öndər bütün çətinliklərə sinə gələrək Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı ki, Azərbaycanın müdafiəsində öz zabitləri dayansın. Bu gün biz fəxrlə buraxılış mərasimlərini keçiririk. Əminliklə bildirirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları Azərbaycanın keşiyində məğrurcasına dayanır, milli kadrlar kimi yetişirlər”.

Onun sözlərinə görə, bu günə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20-dən çox zabit “general” ali rütbəsinə yüksəlib.

Eyni zamanda Vətən Müharibəsində hərbi liseydə xidmət edən 60 nəfər hərbi qulluqçu döyüş əməliyyatlarında iştirak edib, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, onlarla döyüşçü orden və medallarla təltif olunub.

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətən Müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə Hərbi Liseyin 100 nəfərdən çox məzunu orden və medallarla təltif olunub”, – Anar Mirzəyev əlavə edib.

Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO

Previous Post

Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib

Next Post

Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixində dönüş nöqtəsi

Bənzər yazılar

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az  Rusiya mediasına istinadən xəbər...

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı...

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30

Türkiyənin İstanbul vilayətində baş verən yol qəzasında 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Elchi.az  DHA-ya istinadən xəbər verir....

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

28 Avqust 2026 - 17:44

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb. Ədliyyə...

Next Post
Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixində dönüş nöqtəsi

Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixində dönüş nöqtəsi

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.