Suriya Prezidenti Əhməd əş-Şəraa iyunun 14-ü, bazar günü ABŞ-a səfər etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı Suriya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq.
Qeyd olunur ki, səfər əş-Şəraa və Tramp arasında baş tutan telefon danışığından sonra planlaşdırılıb. Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri, təhlükəsizlik sahəsindəki son siyasi və regional hadisələri, həmçinin Suriyada sabitliyin dəstəklənməsi və ölkənin iqtisadi tərəqqisinə təkan verilməsi üçün əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Gözlənilən səfər çərçivəsində Suriyada və regionda cərəyan edən siyasi və təhlükəsizlik hadisələri ilə yanaşı, iqtisadi dəstək, sanksiyaların ləğv edilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Məryəm





















