Amerika bu gecə İrana güclü zərbə endirəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Bu gecə Birləşmiş Ştatlar İrana (hansı ki, onun hərbi-dəniz və hərbi-hava qüvvələri, radiolokasiya və zenit sistemləri, eləcə də digər bütün müdafiə vasitələri, hücum potensialının böyük hissəsi ilə birlikdə məhv edilib!) çox güclü zərbə endirəcək.
Yaxın gələcəkdə biz Xark adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirəcəyik və onların neft-qaz bazarları üzərində tam nəzarəti bərqərar edəcəyik – eynilə Venesuela ilə etdiyimiz kimi, hansı ki, bu, həm Venesuela, həm də Amerika Birləşmiş Ştatları üçün əla işləyir. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!” – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Məryəm





















