Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Rusiya Federasiyasının istənilən zərbələrinə cavab verməyə davam edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
“Ukrayna Rusiya Federasiyasının istənilən zərbələrinə cavab verməyə və öz qanuni uzaqmənzilli imkanlarından istifadə etməyə davam edəcək”, — deyə o bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Latviya, Litva və ya Estoniya səmasında görünməsi Rusiyanın radioelektron mübarizə (REB) sistemlərinin işindən qaynaqlanır. Ukrayna isə bu problemin həllinə kömək etmək üçün artıq sözügedən ölkələrin hökumətləri ilə işləməyə başlayıb:
“Bizim artıq Yaxın Şərq ölkələri ilə bu cür iş təcrübəmiz var… və bunlar kifayət qədər çevik və güclü həllərdir. Biz bunu Yaxın Şərqdə etdik və bu, işə yaradı. İndi biz eyni şeyi Avropadakı yaxın tərəfdaşlarımızla da etməyə hazırıq. Biz “Drone Deal” adlanan sürətləndirilmiş prosedur sayəsində hərəkət edə bilərik. Bu, sadəcə nəyinsə alqı-satqısına aid deyil. Bu, vacib məsələlərə, hətta hazırda sizinlə danışdığımız bu cür şeylərə aiddir. Ona görə də biz istənilən an ekspert qruplarımızı göndərməyə hazırıq. Artıq bunu edirik və yaxın tərəfdaşlarımızla da etməyə davam edəcəyik”.
Məryəm





















