Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Vyetnamın Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib.
Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.






















