Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub.
Elchi.az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı məğlub edib.
“Tipos Arena”dakı qarşılaşma 5:1 hesabı ilə bitib.
Komanda finalda Serbiya – Azərbaycan oyununun qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, final iyunun 4-də keçiriləcək.




















