"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni strateji yol xəritəsini müəyyən etdi

27 May 2026 - 14:40
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahənin inkişafı və bu sahədə məhsuldarlığın artırılması, subsidiyaların verilməsi, qida təhlükəsizliyinin təmin olunması və ixrac potensialının genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olundu. Cənab Prezidentin müşavirədə kənd təsərrüfatının yeni inkişaf hədəfləri ilə bağlı fikirləri konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu da oxuyun

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Müşavirədə diqqətçəkən başlıca mövzulardan biri ölkənin milli ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yerli istehsalın və özünü təminetmə səviyyəsinin gücləndirilməsiilə bağlıdır. Vurğulandığı kimi, dünyada artan geosiyasirisklər, müharibə və münaqişələr enerji sektorundakı böhranı dərinləşdirməklə həm təchizat və logistika zəncirlərini qırır, həm də yüksək xammal qiymətləri fonunda kənd təsərrüfatına mənfi təsirlər göstərir. Habelə iqlim dəyişikliyi aqrar sahəyə zərər vurur. Belə bir mürəkkəb şəraitdə hər bir ölkənin öz ərzaq təhlükəsizliyini təmin etməsi məsələsi aktuallaşır.

Məhz bu kontekstdə Azərbaycan öz ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlər həyatakeçirməyi strateji vəzifələrindən biri hesab edir. Sözsüz ki, ötən illərdə aqrar sahədə bir çox istiqamətlər üzrə məhsulistehsalında böyük artım olub və bu, özünü təminetmə səviyyəsinin yüksəlməsində də əhəmiyyətli rol oynayıb.

Cənab Prezidentin qeyd etdiyi kimi, qəbul edilən bir neçə dövlət proqramı çərçivəsində Hökumətin kənd təsərrüfatı istehsalçılarına hərtərəfli dəstəyi, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərinin tətbiqi, güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verib. Meyvə-tərəvəz, bostan məhsulları, giləmeyvə üzrə özünü təminetmə 107 faiz, şəkər üzrə 102 faiz, kartof üzrə 91 faiz, üzüm üzrə 92 faiz, çay 86 faiz, mal əti üzrə 84 faiz, quş əti üzrə 82 faiz, balıq və balıq məhsulları üzrə 81 faizə çatıb. Yumurta tam tələbatı ödəyir və yüksək həcmdə ixrac potensialını formalaşdırır.

Həmçinin fındıq ixracında Azərbaycan dünyanın 3-4 ölkəsindən birinə çevrilib.
Ancaq bir çox mallarda idxaldan böyük asılılıq var, xüsusilə də buğda kimi strateji məhsulla özümüzü cəmi 55 faiz səviyyəsində təmin edirik və illik 1,2 milyon tondan çox ərzaq buğdası idxal edilir. Eləcə də, dənli paxlalar üzrə özünü təminetmə əmsalı 63 faiz, bitki yağları üzrə 52 faiz, kərə yağı üzrə 62 faizdir.

Müsbət nəticələrə baxmayaraq, kənd təsərrüfatı istehsalında dinamikanın qaneedici olmaması səbəbindəndövlət başçısı yeni Dövlət Proqramının hazırlanması ilə bağlı bir müddət öncə müvafiq qurumlara tapşırıqlar verdiyini bildirib.

2030-cu ilə qədər milli prioritetləri nəzərdə tutan Proqramın əsas məzmunu bütün məhsullar, o cümlədən buğda ilə 100 faiz özümüzü təmin etmək, digər məhsullar üzrə isə ixracı daha da böyütməkdir. Proqramın icrasının hərtərəfli və əhatəli olması üçün həm dövlət investisiyalarının, həm özəl sektor tərəfindən cəlb ediləcək sərmayələrin müştərək yatırılması nəzərdə tutulur.

Həmçinin yerli fermerlərə və mülkiyyətçilərə güzəştli kreditlərin verilməsi və subsidiya mexanizmlərinin daha da təkmilləşdirilməsi, digər stimullaşdırıcı alətlərdən istifadə planlaşdırılır. Proqramda digər məqsədlərdən biri ixracın şaxələndirilməsi və ənənəvi bazarlardan yeni bazarlara çıxışın təmin edilməsi, ixrac məhsullarının həm çeşidinin, həm də coğrafiyasının diversifikasiyası və xaricdə ölkəmizin artan iqtisadi nüfuzunun daha da möhkəmləndirilməsidir.

Ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində xarici investisiyaların aqrar sahəyə cəlbi üçün təşviqedici siyasətin davam etdirilməsi də əsas istiqamətlərdən biridir. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yaranmış münbit geoiqtisadiimkanlar Azərbaycanın imicini daha da yüksəldərək dünyada onu orta güc kimi tanıtmaqdadır. Bu amil bir çox ölkələrin və nüfuzlu xarici şirkətlərin əməkdaşlıq istəklərinidə artırır. Bu baxımdan müşavirədə səsləndirilən rəqəmlərhəm də investorlara bir mesaj olmaqla, onların da yeni Dövlət Proqramında nəzərdə tutulan layihələrdə iştirakı üçün çağırış hesab edilə bilər.

Ümumilikdə, kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyulmuş tədbirlərin icrası Azərbaycanın dayanıqlı milli istehsal dəyəri zəncirinin formalaşmasına, rəqabətədavamlıaqrar emal sənayesinin inkişafına, idxaldan asılılığınazaldılmasına və ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin tam təmin olunmasına imkan verəcək.

Cənab Prezidentin bəyan etdiyi kimi, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcək.

Ramid Namazov

Milli Məclisin deputatı

Previous Post

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək…

Next Post

Paşinyan açıqladı: Ən geci bir ay ərzində…

Bənzər yazılar

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25

4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi...

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib. XİN-dən Elchi.az-a...

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Next Post
Paşinyan açıqladı: Ən geci bir ay ərzində…

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırdı

DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırdı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.