Milyarder və “X”-in sahibi İlon Maskın sözlərinə görə, X tətbiqi 1 milyard yüklənməni ötüb.
Elchi.az xəbər verir ki Mask bu barədə “X”-də yazıb.
“X şəbəkəsi indi bir milyard yükləməni ötüb” – deyə o yazıb.
Twitter Inc. 2006-cı ildə yaradılıb. Şirkətin əsas məhsulu qısa mesajlaşma sosial şəbəkəsidir. Sahibkar Elon Mask 2022-ci ilin payızında 44 milyard dollarlıq alış müqaviləsini yekunlaşdırdı. Aprel ayında qərargahı Nevadada yerləşən X Corp.-un Twitter Inc-i alacağı elan edildi.
Yeganə





















