ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İranın xam neftini alan Çin neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyaların ləğv edilib-edilməməsi barədə qərar verəcəyini bəyan edib. Bu, Vaşinqtonun Tehranın enerji ixracına dair tətbiq etdiyi tədbirlərdə mümkün dəyişikliyin siqnalı hesab olunur.
Elchi.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Tramp həmçinin münaqişə zamanı İranın raket arsenalının böyük hissəsini qoruyub saxlaması barədə xəbərləri təkzib edib. “Deyirlər ki, İran öz raket potensialını qoruyub. Xeyr, 80%-i məhv edilib”, — deyə o bildirib.
Tramp ayrıca qeyd edib ki, İranın nüvə proqramının 20 illik müddətə dayandırılmasına razılıq verə bilər.
Məryəm





















