Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Ukrayna dünyada həyatın bütün sahələrində BMT-nin rəsmi dillərindən birinin qadağan olunduğu yeganə ölkədir.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, bir çox Qərb nümayəndələri Kiyevlə ünsiyyət qurarkən dil və dinlə bağlı hamı tərəfindən qəbul edilmiş qaydalara qayıtmağın vacibliyini dilə gətirmirlər.
“Ukrayna yeganə ölkədir ki, bütöv bir dili, BMT-nin rəsmi dilini həyatın bütün sahələrində qadağan edir”,-deyə Lavrov bildirib.
Diplomat ərəb ölkələrində ivrit dilinin qadağan olunmadığına, İsrailin nə ərəb, nə də fars dili ilə heç bir probleminin olmadığını diqqətə çatdırıb. Bu vəziyyət yalnız Ukraynada mövcuddur.
Yeganə





















