Rusiya Ukrayna şəhərlərinə və dinc sakinlərinə qarşı yeni kütləvi dron və raket zərbələri endirməklə öz təcavüzünü gücləndirir.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz “X” hesabında yazıb.
Fransa prezidentinin sözlərinə görə, bu zərbə Rusiyanın kövrək atəşkəs barədə razılığa gəlməyə çalışdığı son günlərdəki “bütün ikiüzlülüyünü” parlaq şəkildə nümayiş etdirdi.
“Mülki əhalini bombalamaqla Rusiya öz gücünü deyil, daha çox zəifliyini göstərir: onun hərbi sahədə həll yolları tükənib və bu işğalçı müharibəni necə bitirəcəyini bilmir”, – deyə Makron vurğulayıb.
O, Fransanın Ukraynanı və onun xalqını dəstəklədiyini xüsusi qeyd edib. Bildirilib ki, ölkəsi hərbi əməliyyatların dayandırılması, ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində işini davam etdirəcək.
Məryəm





















