ABŞ prezidenti Donald Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etməyi “ciddi şəkildə” düşündüyünü açıqladıqdan sonra Venesuelanı “51-ci ştat” kimi göstərən şəkli paylaşdı.
Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında Cənubi Amerika qitəsinin şimal hissəsinin şəklini paylaşdı.
Şəkildə Venesuela ABŞ bayrağı ilə örtülmüş görünürdü.
Postunda Tramp “51-ci ştat” ifadəsini işlədib.
51-ci ştat
11 mayda ABŞ mətbuatına verdiyi müsahibədə Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etməyi “ciddi şəkildə” düşündüyünü bildirib və əlavə edib ki, “Venesuela Trampı sevir”.
Venesuelada “40 trilyon dollarlıq” neft ehtiyatlarına işarə edən Tramp bu resursların ABŞ üçün çox vacib olduğunu vurğulayıb.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez dünən Trampın açıqlamasına “müstəqillik” vurğusu ilə cavab verib.
Rodrigez bildirib ki, “Belə bir şey qətiyyən qəbuledilməzdir. Çünki venesuelalıları müəyyən edən ən fundamental xüsusiyyətlərdən biri müstəqillik uğrunda mübarizəmizə və bu mübarizənin həm kişilərə, həm də qadınlara olan sadiqliyimizdir. Ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik”.
Şayəstə





















