ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər (UFO) haqqında Amerika arxiv məlumatlarını dərc edib.
Elchi.az xəbər verir ki, sənədlər Pentaqonun rəsmi saytında yerləşdirilib.
Bu məlumatların açıqlanacağı barədə aprelin sonunda ABŞ Prezidenti Donald Tramp elan vermişdi. O, həmçinin dəqiqləşdirmişdi ki, yaxın keçmişdə UFO mövzusunu, o cümlədən bu cür hadisələri müşahidə etmiş Amerika hərbi pilotları ilə müzakirə edib. ABŞ Prezidentinin sözlərinə görə, pilotlar “inanılması qeyri-mümkün olan şeylər gördüklərini” deyiblər.
Fevral ayında o, ABŞ hökumətinin yerdənkənar həyat formaları və naməlum uçan obyektlər haqqında sənədləri dərc etməyə başlayacağına söz vermişdi. Prezident dəqiqləşdirmişdi ki, o, müdafiə naziri Pit Heqsetə, eləcə də bütün aidiyyəti nazirlik və qurumlara “ehtimal olunan yadplanetli və yerdənkənar həyat, naməlum anomal hadisələr və naməlum uçan obyektlər, habelə bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzuya aid olan hər hansı digər məlumatla bağlı hökumət sənədlərinin müəyyən edilməsi və dərci prosesinə başlamağı” tapşıracaq.
Məryəm




















