"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan–İtaliya: strateji tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa doğru

05 May 2026 - 20:17
in SİYASƏT
FacebookVatsap

Əli Hüseynli

Milli Məclisin deputatı

Bunu da oxuyun

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Prezident İlham Əliyev səfərin yekunu ilə bağlı mətbuata bəyanatında Azərbaycan–İtaliya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, bu münasibətlərin uzunmüddətli sabitlik və qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Qeyd etmək yerinə düşər ki, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.

Dövlət başçısı bildirdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və bu əməkdaşlıq xüsusilə enerji sahəsində özünü qabarıq şəkildə göstərir. Ötən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Həmin dövrdə Azərbaycan ixrac edilmiş 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliya bazarının payına düşüb. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artması fonunda İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi layihəsi iki ölkə arasında strateji əməkdaşlığın əsas sütunlarından biridir. Bu layihənin mühüm hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının məhz İtaliya bazarına çıxarılması ölkələr arasında qarşılıqlı asılılıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, enerji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

İtaliyanın Baş naziri Ciorcia Meloni isə səfər çərçivəsindəki görüşlərdə və mətbuata bəyanatında Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirərək, ölkəsinin Cənubi Qafqaz regionunda sabitliyin və inkişafın tərəfdarı olduğunu bildirmişdir. O, həmçinin vurğulamışdır ki, İtaliya Azərbaycan ilə yalnız enerji sahəsində deyil, sənaye, nəqliyyat, yüksək texnologiyalar və humanitar istiqamətlərdə də əməkdaşlığı genişləndirmək niyyətindədir.

Diqqətçəkən məqamlardan biri də iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində atılan addımlardır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bir çox layihələr həyata keçirir. Eyni zamanda Azərbaycanın İtaliya bazarına ixrac imkanlarının genişlənməsi iqtisadi münasibətlərin davamlı inkişafını təmin edir. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, tərəflər arasında mədəni-humanitar əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Keçən il Bakıda açılmış İtaliya-Azərbaycan Universitetində bu gün 500-dən çox tələbə təhsil alır. Azərbaycanın zəngin mədəni irsi ilə İtaliyanın qədim sivilizasiya ənənələrinin qarşılıqlı təması bu əlaqələrə xüsusi rəng qatır.

Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan–İtaliya münasibətləri həm də daha geniş regional və beynəlxalq kontekstdə böyük əhəmiyyət kəsb edir. Avropanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və qlobal iqtisadi əməkdaşlıq baxımından Bakı ilə Romanın tərəfdaşlığı strateji xarakter daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı və Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi istiqamətində Azərbaycan mühüm rol oynayır ki, bu da İtaliya üçün əlavə imkanlar yaradır.
Nəticə etibarilə, Ciorcia Meloninin Azərbaycana səfərinin məzmunu bir daha təsdiq etdi ki, Azərbaycan–İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir və yeni məzmunla zənginləşir. Bu münasibətlər yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda daha geniş regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığını strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu nəticələr vəd edir.

Previous Post

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub – YENİLƏNİB

Next Post

Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb

Bənzər yazılar

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli...

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46

Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya səyahət barədə xəbərdarlıq edib. Bu barədə Elchi.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Xarici İşlər Nazirliyi Fransada...

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası...

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14

20 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə...

Next Post
Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb

Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb

ABŞ Hörmüz boğazında planlaşdırılan əməliyyatla bağlı İranı məlumatlandırıb

ABŞ Hörmüz boğazında planlaşdırılan əməliyyatla bağlı İranı məlumatlandırıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.