"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan qlobal proseslərin mərkəzindədir

05 May 2026 - 15:19
in SİYASƏT
FacebookVatsap

Cənubi Qafqaz artıq münaqişə bölgəsindən çıxaraq sülh və əmin-amanlıq regionu kimi dünyanın diqqət mərkəzindədir. Şübhəsiz ki, ölkəmizin və Azərbaycan liderinin yaratdığı yeni reallıqlar fonunda bölgə münaqişə imicini dəyişərək sürətli inkişaf mərhələsinə qədəm qoyub. Beynəlxalq tədbirlərin bu bölgə üçün ünvan kimi seçilməsi də bu inkişafın davamıdır. Avropa liderlərinin Cənubi Qafqaza toplaşması bunun bariz nümunəsidir. “Avropa Siyasi Birliyi”- nin 8-ci Zirvə toplantısının Ermənistanda keçirilməsi də Antonio Kostanın bəyan etdiyi kimi Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub. Bölgədə uzun müddət davam edən münaqişə artıq arxada qalıb, yüksəliş və inkişaf isə regionun imicini dəyişib. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin tarixi xidmətləridir.

Bunu da oxuyun

Milli Məclisin iclası başlayıb

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, regionda mövcud olmuş münaqişənin dinc yolla həlli üçün öhdəlik götürmüş beynəlxalq qurumların qeyri-effektiv və ikili yanaşması nəticəsində vəziyyət uzun müddət həll olunmamış qaldı və bu da sonda hərbi gərginliyə gətirib çıxardı. Azərbaycan öz suveren ərazilərini işğaldan azad etməklə regionda ədalətli reallığın bərpası və sülhün təmin olunması istiqamətində mühüm addım atdı. “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən ölkə başçısı keçmişdə baş vermiş proseslərə və bu günün mövcud reallıqlarına dair mövqeyini aydın şəkildə ifadə edərək vacib məsələlərə bir daha aydınlıq gətirdi.

Ölkəmizin başçısı çıxışında Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl baş tutan səfəri zamanı Zirvə görüşündə iştirak məsələsinin müzakirə edildiyini qeyd edərək bildirdi ki, tədbirə videobağlantı formatında qoşulma barədə razılıq əldə olunub. Prezident həmçinin 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünə müsbət münasibət bildirdiyini vurğulayaraq bunu Azərbaycan ilə Ermənistan arasında sülhün artıq real mərhələyə keçdiyini göstərən mühüm göstərici kimi dəyərləndirdi. Bundan başqa Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanmasına toxunaraq bildirdi ki, sülhün əldə olunması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. İndiyədək Ermənistan yükləri Azərbaycan ərazisi vasitəsilə təxminən 28 min ton həcmində daşınıb. Eyni xamanda Azərbaycan əlavə addımlar da atıb. Belə ki, ilk dəfə olaraq öz neft məhsullarını Ermənistana ixrac etməyə başlayıb. Bununla da iki ölkə arasında ticarət münasibətlərinin əsası qoyulub. Sülh sahəsində digər mühüm nailiyyət nəqliyyat bağlantıları ilə bağlıdır ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın Naxçıvan eksklavı ilə birləşməsinə imkan yaradacaq və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu proses nəticəsində həm Ermənistan, həm də Azərbaycan sülhün real nəticələrini artıq hiss etməyə başlayıblar.

Bütün bunların fonunda dövlətimizin başçısı qeyd etdi ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə ona qarşı qərəzli mövqe sərgiləyir. 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunlar təhqir və yalanlarla xarakterizə edilir. Son qətnamə isə Zirvə görüşü ərəfəsində qəbul edilib. Təəssüf ki, Avropa Parlamenti qlobal problemlərin həlli əvəzinə Azərbaycanı hədəfə alır. Bunun əsas səbəbi isə odur ki, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident buna cavab olaraq qeyd etdi ki, Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və bir sıra əlaqəli strukturlarda iştirakın məhdudlaşdırılması barədə qərar qəbul edib və bu addım da ölkəmizin suveren maraqlarının qorunmasına yönəlib.

Deputat yekunda bildirib ki, sammitin İrəvanda keçirilməsi zamanı ölkəmizin rəyinin nəzərə alınması və “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərar bütövlükdə Azərbaycan liderinə və ölkəmizə göstərilən xoş münasibətin göstəricisi kimi tarixə düşdü. Bu da ölkəmizin artan beynəlxalq nüfuzunun daha bir təsdiqi olmaqla yanaşı Azərbaycanın qlobal proseslərin mərkəzində yer almasını göstərir.

Previous Post

Qurban bayramında ətin qiyməti BAHALAŞACAQ?

Next Post

Ceyhun Bayramov: Azərbaycan Aİ ilə tərəfdaşlığı daha da gücləndirməyə sadiqdir

Bənzər yazılar

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Next Post
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə tərəfdaşlığı daha da gücləndirməyə sadiqdir

Ceyhun Bayramov: Azərbaycan Aİ ilə tərəfdaşlığı daha da gücləndirməyə sadiqdir

“Qarabağ” yeni qapıçı gətirir?

“Qarabağ" yeni qapıçı gətirir?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

30 Oktyabr 2026 - 10:24
Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08
Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00
Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.