"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Dost ölkədən strateji tərəfdaşa: Azərbaycan-İtaliya münasibətlərində yeni hədəflər

05 May 2026 - 12:38
in MANŞET
FacebookVatsap

Azərbaycan və İtaliya arasında siyasi-mədəni əlaqələr tarixi dostluq ənənəsinə söykənir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın İtaliya ilə diplomatik əlaqələr qurmasından sonra qarşılıqlı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Cənubi Qafqaz ölkələri arasında ilk dəfə 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada Səfirliyi açılıb.

Bunu da oxuyun

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq üzrə imzalanmış mühüm sazişlər ölkələrimiz arasında dostluğun və tərəfdaşlığın daha da möhkəmləndirilməsində güclü hüquqi baza yaradıb.

Ulu Öndərin təməlini qoyduğu siyasət kursunu davam etdirən Prezident İlham Əliyevin İtaliyaya səfərləri tərəflər arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya, mədəni, humanitar və sair istiqamətlər üzrə çoxşaxəli münasibətləri möhkəmləndirməklə, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

2014-cü ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamə imzalanıb ki, bu yaxın dostluğun xarakterini ifadə edib. 2020-ci ilin fevralında Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanmış mühüm sənədlər, o cümlədən, “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” əlaqələrin yeni gündəliyini müəyyən edib.

İtaliya etibarlı dost və sülhsevər ölkə kimi Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda və yüksək platformalarda dəstəkləyib, ərazi bütövlüyümüzü daim müdafiə edib, Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirib. Hər iki ölkənin ali və yüksək səviyyəli nümayəndələrinin səfərləri, eləcə də, parlamentlərarası əməkdaşlıq, hökumətlərarası komissiyaların fəaliyyəti son illərdə əlaqələrin dinamikasını daha da artırıb.

Mayın 4-də Azərbaycana səfər edən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə Prezident İlham Əliyevin keçirilən təkbətək və geniş tərkibdə görüşləri və müzakirə olunan mühüm məsələlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirilə bilər.

Xüsusilə də İtaliya Baş nazirinin Azərbaycana rəsmi səfərindən ötən 13 ildən sonra xanım Meloninin Bakıda olması yaranmış uzunmüddətli boşluğu doldurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Doğrudur, iki ölkə arasında münasibətlərin dinamikası artan templə inkişaf edib və əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Ancaq xanım Baş nazirinin səfəri gündəlikdə duran strateji məsələləri reallaşdırmaq baxımından mühüm fürsət deməkdir.
Geniş tərkibdəki görüşdə bəyan edilən fikirlərdən də aydın oldu ki, bu səfər strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq və geniş olan əməkdaşlığımızı daha da möhkəmləndirəcək, enerji-kommunikasiya körpülərini gücləndirəcək.

Siyasi liderlərin mətbuata bəyanatlarında da siyasi və iqtisadi bölmələrdə mövcud olan dinamik çoxistiqamətli əlaqələri təşviq edəcək yeni kursun prioritetləri barədə mühüm mesajlar verildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaq. Xüsusilə də, xanım Meloninin Ermənistanda keçirilən sammitdən sonra öz proqramını bitirərək Azərbaycana gəlməsi xüsusi rəmzi məna daşıyır. Bu, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

Ölkələr arasında siyasi əlaqələrlə bərabər, iqtisadi və ticarət tərəfdaşlığı çox yaxşı vəziyyətdədir, əməkdaşlığın strukturu geniş və dinamikdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi 12 milyard dollar təşkil edib. Xüsusilə də energetika sahəsində mübadilə ən yüksək səviyyəyə çatıb, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. İtaliya bazarı Azərbaycan üçün həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib ki, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub. Sadiq və etibarlı tərəfdaşlıq yeni layihələrin ərsəyə gəlməsini təmin edir.
İki ölkənin əməkdaşlıq gündəliyində hərbi-texniki sahədə birgə layihələrin icrası da ümidvericidir. Eyni zamanda, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret təşəbbüslər dəyərləndirilir.

Qarşılıqlı investisiya mübadilələri də prioritetlərdən biridir, Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar yatırım edib və yeni sərmayə layihələri barədə faydalı müzakirələr aparılıb.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Ümumilikdə, İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda çalışır ki, onların bir qismi Qarabağda və Şərqi Zəngəzurda bərpa və inşaat, ağıllı texnologiyaların tətbiqi və s. layihələrdə təmsil olunurlar. Həmin şirkətlər bu bölgədə 23 layihə həyata keçirib və digər layihələrə cəlb ediliblər.

Ümumiyyətlə, hər iki ölkənin geniş spektrli fəaliyyət planı üzrə əməkdaşlığın transformasiyasında birgə niyyət və mövqeləri üst-üstə düşür və gələcəyə aid prioritetlər bu strateji xətt üzrə təyin ediləcək. Bu, həm də müxtəlif regionlarda yaşanan mürəkkəb proseslər fonunda beynəlxalq müstəvidə çox əhəmiyyətli seçim deməkdir.
Xanım Meloninin vurğuladığı kimi, bölgədə təchizat zəncirlərinin qırıldığı, o cümlədən yaxın Şərqdə baş verən hadisələr beynəlxalq inteqrasiyada yeni tələbləri meydana çıxarır, belə bir dövrdə enerji və bağlantılar üzrə əməkdaşlığın keyfiyyətini artırmaq daha vacibdir. Bu baxımdan Azərbaycanın Avropa ilə Asiya arasında fundamental körpü rolunu möhkəmləndirməsi, eləcə də, İtaliyanın Avropa bazarına imtiyazlı giriş qapısını rolunu oynaması çoxtərəfli əməkdaşlıq çərçivəsi yaradır.

Sözsüz ki, energetika əməkdaşlığın yeganə sahəsi deyil və tərəflər aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə potensialları dəyərləndirərək ən səmərəli və çevik model qurmağı hədəfləyirlər. Eləcə də uzunmüddətli proqramları və sərmayələri təşviq etmək üçün istehsal və sənaye sistemlərinin əlaqələdirilməsi də nəzərdə tutulur. 2026-cı ilin ikinci yarısında Bakıda planlaşdırılan biznes-forum həmin məqsədlərə çatmaq üçün yaxşı platforma olacaq.

Ötən il Bakıda açılan İtaliya-Azərbaycan Universiteti isə təhsil sahəsində əməkdaşlığa və peşəkar mütəxəssis ordusunun yetişməsində töhfə verəcək.

Mətbuata bəyanatda qeyd edildiyi kimi, iki ölkəni birləşdirən çoxsaylı istiqamətləri birgə icra etmək mümkündür və İtaliya Azərbaycanla tərəfdaşlığa uzunmüddətli prizmadan yanaşır. Bu dərin sütunlar üzərində möhkəmlənən əlaqələr bundan sonra daha da inkişaf edərək yüksək səviyyəyə qalxacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Previous Post

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bənzər yazılar

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib

04 Avqust 2026 - 16:46

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladı qəbul edib və qurumun Rusiyaya qarşı yeni əməliyyatlarını razılaşdırıb. Elchi.az...

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

04 Avqust 2026 - 15:00

Türkiyə Xarici İşlər Nazirliyi çoxsaylı dron hücumları fonunda Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb. Elchi.az xəbər...

“Apple” “Telegram”-ı “App Store”-dan sildi

“Apple” “Telegram”-ı “App Store”-dan sildi

04 Avqust 2026 - 12:03

"Apple", uşaqlara qarşı cinsi istismar məzmunu ilə bağlı qaydalarını pozduğuna görə mesajlaşma tətbiqi "Telegram"-ı "App Store"-dan müvəqqəti olaraq sildi. Elchi.az xəbər...

Next Post
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

“Avropanın Türkiyəyə ehtiyacı var, nəinki Türkiyənin Avropaya…” – Ərdoğan

"Avropanın Türkiyəyə ehtiyacı var, nəinki Türkiyənin Avropaya..." - Ərdoğan

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

04 Avqust 2026 - 18:57
ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

04 Avqust 2026 - 18:42
Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

04 Avqust 2026 - 18:35
Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23
Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

04 Avqust 2026 - 18:11
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

04 Avqust 2026 - 17:55
Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

04 Avqust 2026 - 17:44
NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

04 Avqust 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.