ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ölkəyə məxsus iki ticarət gəmisinin Hörmüz boğazını keçdiyini bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə məlumat qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
“Amerika hərbçiləri kommersiya daşımalarının bərpası istiqamətindəki səylərə aktiv şəkildə kömək edir. “Azadlıq Layihəsi” əməliyyatının ilk addımı olaraq, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi Hörmüz boğazından uğurla keçib və təhlükəsiz şəkildə yollarına davam edirlər”, — deyə paylaşımda bildirilir.
Məryəm





















