Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti çərçivəsində İrəvanda səfərdə olan Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Elchi.az xəbər verir ki, bu barədə Paşinyan özünün Telegram kanalında məlumat paylaşıb.
“Biz Kir Starmerlə Ermənistan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə mübadiləsi apardıq”, — deyə o yazıb.
Məryəm





















