"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb” – Qüdrət Həsənquliyev

01 May 2026 - 17:13
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Milli Məclisin Avropa Parlamenti ilə əlaqədar qəbul etdiyi qərara münasibətinizi bilmək istərdik…

– Avropa Parlamenti Azərbaycana qarşı sistemli olaraq ədalətsiz və münasibətlərə ziyan vuran qərarlar qəbul eidr. Növbəti belə bir qərar 30 aprel tarixində qəbul olunub. Ermənistanla sülh sazişi Vaşinqtonda paraflanandan sonra çoxları düşünürdü ki, Avropa parlamenti mövqeyini dəyişə, sülhə töhfə verə bilər. Amma belə olmadı. Bizim bir el misalı var, “it əl çəkdi, amma motal əl çəkmədi”. İndi Ermənistan Azərbaycanla sülh prosesini irəli aparmaq istəyir, amma Avropa Parlamenti əl çəkmir, revanşistləri stimullaşdıran təxribat xarakterli qərarlar qəbul edir. Ermənistanla münaqişə dövründə Qərbin çox ədalətsiz və beynəlxalq hüququ ayaqlar altına atan ikili standartlar siyasəti ilə üzləşmişik. Həmişə deyirəm ki, Qarabağda separatizmin alovlandırılmasında və onun qanlı savaşa çevrilməsində, tökülən qanlarda o vaxtkı Ermənistanın və Sovet İttifaqının rəhbərliyi ilə yanaşı Qərbin də böyük günahı var. Onlar separatizmi və işğalı qınamadılar. İşğalçı Ermənistana yox, bizə sanksiya tətbiq etdilər. Xocalı soyqırımını törətdiyinə görə fəxr etdiyini deyən Ermənistan prezidenti Sarkisyan və həmin insanlıq əleyhinə olan qanlı cinayətin digər iştirakçılarının üzərində beynəlxalq tribunalın qurulmasını tələb etmək əvəzinə, AŞPA-nın sesiyasında onu ayaq üstündə alqışladılar. Milli Məclisin iclasında həm spiker, həm də deputat həmkarlarım bu barədə geniş danışdılar. Sifarişlə, islamafob və rüşvət qarşılığında başqa maraqlara xidmət edən, təzyiq alətinə çevrilmiş Avropa Parlamenti ilə əməkdaşlığın davam etdirilməsinin artıq mənası qalmayıb. Görünür onları həm də Rusiya ilə münasibətlərin bərpa olunması istiqamətində atılan addımlar və ABŞ Prezidenti ilə isti əlaqələr də ciddi narahat edir.

– Milli Məclisin qərarından və Xarici İşlər Nazirliyinin təqdim etdiyi notadan sonra Avropa Parlamenti öz mövqeyini dəyişə bilərmi?

– Onlar bir dəfə 2015-ci ildə bu barədə söz versələr də, sözlərini tutmadılar. Hər şey onlardan asılıdır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməkdə həmişə maraqlı olub.

– Münasibətlərin pozulması bizə hansı ziyanı vura bilər?

-Bizim Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlığa dair sazişimiz var. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müəyyən rol oynayır və ABŞ-İran savaşı səbəbindən körfəz ölkələrindən neft ixracında problem yarandığı üçün hazırda onların bizə daha çox ehtiyacı var. Azərbaycan onlardan tələb etmir ki, biz sizə enerji daşıyıcıları satdığımız üçün susun. Azərbaycan tələb edir ki, ikili standartlar siyasətinə son qoyun və bizə münasibətdə ədalətli olun. Yeri gəlmişkən onu da deyim ki, mən onların yanlış informasiyalar əsasında bizə qarşı ədalətsiz qərarlar qəbul etməsi barədə deyilənləri də qəbul etmirəm. Onlar regionda və Azərbaycanla bağlı baş verənləri çox gözəl başa düşürlər. Parlamentarilərin bir qismi bunu öz hökumətlərinin tapşırığı əsasında, bir qismi rüşvət, bir qismi isə islamafobik baxışlarına görə edir. Avropa Parlamenti ilə əməkdaşlıqdan imtina bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığa son qoymaq demək deyil.

Previous Post

“Avropa Parlamenti açıq şəkildə Azərbaycana qarşı düşmən mövqe tutur” – Zahid Oruc

Next Post

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub

Bənzər yazılar

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir. "Hörmətli cənab Prezident....

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu...

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00

"Livanda sülh olsa, həqiqətən də əla olardı”. Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə...

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26

Ukrayna prezidenti Volodimir Zelenski birbaşa Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktubda üzbəüz danışıqlara çağırış edib. Zelenski görüşün neytral üçüncü...

Next Post
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

06 İyun 2026 - 12:01
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

06 İyun 2026 - 11:47
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

06 İyun 2026 - 11:34
Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

06 İyun 2026 - 10:50
NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

06 İyun 2026 - 10:38
“Bitcoin”in qiyməti 61 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 61 min dollardan aşağı enib

06 İyun 2026 - 10:15
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

06 İyun 2026 - 10:00
Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.