Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı Missiyası (UNMISS) ABŞ tərəfindən təklif edilən qətnamədən sonra daha bir il uzadılıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı Missiyası (UNMISS) ABŞ tərəfindən təklif edilən qətnamədən sonra daha bir il uzadılıb.
ABŞ tərəfindən təklif edilən qətnamə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında səsverməyə çıxarılıb. Səsvermədə Cənubi Sudanla bağlı qətnamə 13 səs lehinə, Çin və Rusiyanın bitərəf qalmasına qarşı qəbul edilib. Qətnamədə deyilir ki, “UNMISS-in mandatı 30 aprel 2027-ci ilə qədər uzadılıb və bu müddət ərzində missiya mülki şəxslərin qorunması, humanitar yardımın çatdırılmasını asanlaşdırmaq, sülh prosesini dəstəkləmək və insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulmasının monitorinqi vəzifələrini davam etdirəcək”.
Şayəstə





















