Cənubi Koreya, regionda davam edən münaqişənin səbəb olduğu tədarük zəncirindəki fasilələr fonunda Yaxın Şərq ölkələri ilə əməkdaşlığı gücləndirmək məqsədilə Küveyt, İraq və Bəhreynə xüsusi elçi göndərəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Xarici işlər naziri Ço Hyonun xüsusi elçisi, əvvəllər Cənubi Koreyanın Səudiyyə Ərəbistanındakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışmış Mun Byonq-cun, bazar ertəsindən mayın 9-na qədər bu üç ölkəyə səfər edəcək.
Səfər zamanı o, dövlətlərin yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirəcək, regiondakı vəziyyəti və müxtəlif sahələrdə praktiki əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
Cənubi Koreya XİN-dən bildiriblər ki, missiya qlobal tədarük zəncirlərində davam edən axsamalar fonunda Yaxın Şərqdəki əsas tərəfdaşlarla qarşılıqlı fəaliyyəti gücləndirməyə və vəziyyət stabilləşdikdən sonra ikitərəfli münasibətlərin genişləndirilməsi imkanlarını araşdırmağa yönəlib.
Regionda fevralın sonunda ABŞ və İsrailin İrana zərbələri ilə başlayan münaqişə daha geniş gərginliyə səbəb olub, dünya ticarətində fasilələrə və maliyyə bazarlarında qeyri-sabitliyə yol açıb.
Məryəm





















