Pakistanın Lahor şəhərində mütəşəkkil cinayətkar dəstələrə qarşı keçirilən reydlər zamanı baş verən qarşıdurmalarda 9 şübhəlinin öldürüldüyü bildirilir.
Elchi.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, xüsusi polis bölməsi olan Cinayətə Nəzarət İdarəsinin (CCD) rəsmiləri daxil olan məlumatlar əsasında Lahorun müxtəlif bölgələrində əməliyyatlar keçiriblər.
Atışma zamanı 9 “mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən şəxs” öldürülüb, 2 polis əməkdaşı isə yaralanıb.
Cinayətə Nəzarət İdarəsinin rəsmiləri ölkə daxilində mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə mütəmadi olaraq bu növ reydlər həyata keçirirlər.
Məryəm





















