İranla gərginlik və Hörmüz Boğazının faktiki bağlanması qlobal ticarət yollarında köklü dəyişikliyə səbəb olur. Panama Kanalı İdarəsinin (ACP) maliyyə direktoru Viktor Vial oktyabr ayından bəri kanaldan keçən gəmilərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 artdığını açıqladı.
Elchi.az xəbər verir ki, Reuters agentliyinə danışan Vial bildirib ki, “Yaxın Şərqdəki vəziyyət həll olunana qədər bu tendensiyanın davam edəcəyini gözləyirik”. Bildirilir ki, kommersiya gəmiləri İran sahillərindəki riskli ərazilərdən yayınmaq və Hörmüz Boğazındakı tıxacın öhdəsindən gəlmək üçün marşrutlarını Panama Kanalına dəyişirlər.
Tranzit haqqı rekord səviyyəyə çatdı
Hörmüz Boğazındakı böhran səbəbindən Panama Kanalına tələbatın artması tranzit xərclərini də artırıb.
Kanalda tətbiq olunan sistem və xərclər aşağıdakılardır:
Gəminin kanaldan keçməsi üçün ödənilən orta haqq gəminin növündən asılı olaraq 300.000 ilə 400.000 dollar arasında dəyişir. Əvvəlcədən sifariş verməmiş və gözləmək istəməyən gəmilər gündəlik hərraclarda iştirak edirlər.
Associated Press (AP) bəzi gəmilərin son anda keçid hüquqlarını əldə etmək üçün əlavə 425.000 dollar ödədiyini bildirdi.
Qeyd edildi ki, bəzi yanacaq tankerləri təyinat yerlərinə təcili çatmaq üçün normal ödənişdən əlavə 4 milyon dollara qədər astronomik məbləğ ödəyiblər.
Şayəstə





















