Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək.
Bu barədə Elchi.az -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu dəyişiklik Nəqliyyatın Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən icra olunur.
“Öncə yolda nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı avtomobillər bir-birinə mane olduğundan hərəkət təhlükəsizliyi qorunmurdu”, – məlumatda vurğulanıb.





















