Kolumbiyada Pan-Amerikan şossesində baş verən bombalama nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Elchi.az xəbər verir ki, Kolumbiya Məhkəmə Tibbi Ekspertizası İnstitutunun açıqlamasında bildirilir ki, Kauka inzibati bölgəsindəki Kajibio şəhərində Pan-Amerikan şossesində baş verən bombalama nəticəsində ölənlərin sayı artıb. Bəyanatda əlavə edilib ki, ölənlərdən 5-i uşaqdır və bununla da ümumi ölənlərin sayı 20-yə, yaralıların sayı isə 40-dan çoxdur.
Kauka Qubernatorluğu bombalama nəticəsində həyatını itirənlər üçün üç günlük matəm elan edib.
Şayəstə





















