"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi

24 Aprel 2026 - 13:30
in GÜNDƏM
FacebookVatsap

Bu gün Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.

Bunu da oxuyun

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət başçısının 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb.

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir. Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.
Bu gün keçirilən iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı bildiririk ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində Kür çayı üzərində yerləşən su anbarları sistemi Komissiya tərəfindən nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib.

Sonda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Previous Post

Prezident Samir Şərifova yeni vəzifə verdi

Next Post

Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman

Bənzər yazılar

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

16 Sentyabr 2026 - 18:26

“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir,...

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

16 Sentyabr 2026 - 11:13

Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə...

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

15 Sentyabr 2026 - 16:57

Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Elchi.az xəbər verir ki, bu fikirləri...

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

15 Sentyabr 2026 - 16:39

Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün (İƏT-in toplantısı – red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan...

Next Post
Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman

Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman

Zaxarova Zelenskini cahil adlandırıb

Zaxarova Zelenskini cahil adlandırıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.