"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ədliyyə orqanlarında qulluğa qəbul və Xüsusi İcra Məmurlarının müsabiqə komissiyaları birgə məlumat yayıb

21 Aprel 2026 - 18:43
in CƏMİYYƏT
FacebookVatsap

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası tərəfindən xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə (sənəd qəbulu – 1 aprel – 1 may 2026-cı il), eyni zamanda Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul üzrə Müsabiqə Komissiyası tərəfindən dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə (sənəd qəbulu – 17 aprel – 18 may 2026-cı il) elan edilib.

Bunu da oxuyun

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, hazırda hər iki müsabiqə üzrə ərizələrin qəbulu davam edir.

Bildirilib ki, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə elanından sonra namizədlərin bəziləri dövlət icra məmuru vəzifəsi, digərləri xüsusi icra məmuru vəzifəsi, bir qismi isə hər iki vəzifə üzrə elan edilmiş müsabiqədə iştirak etmək arzusunda olduqlarını qeyd ediblər. Elanlarda göstərilən tələblərə cavab verən hər bir şəxs istəyinə uyğun olaraq müsabiqələrin birində və ya hər ikisində iştirak edə bilər. Müsabiqələrin hər biri ayrılıqda keçiriləcək və iki mərhələdən ibarət olacaq. Hər müsabiqənin test imtahanı mərhələsi ödənişlidir.
Həmçinin qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru olmaq üçün xüsusi ixtisas tələbi yoxdur, istənilən ixtisas üzrə ali təhsilli şəxslər müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Namizədlərin müsabiqələrdə iştirak etmələrini daha da asanlaşdırmaq məqsədilə müvafiq texniki imkanlar yaradılıb. Belə ki, xüsusi icra məmuru vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şəxslərə aşağıdakı imkanlar verilir:

Yalnız xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə əvvəlki qeydiyyatları öz qüvvəsini saxlayır;

Xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirakdan imtina edib dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.

Xüsusi icra məmuru üzrə müsabiqədə iştiraklarını saxlamaqla yanaşı, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.

Qeyd edilib ki, həm dövlət, həm də xüsusi icra məmuru:

məcburi icra orqanı statusuna malikdir;

məhkəmə və digər orqanların müvafiq qərarlarının icrasını həyata keçirir;

bu zaman eyni səlahiyyətləri daşıyır, eyni funksiyaları icra edir;

hər ikisinin fəaliyyəti üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və məhkəmə nəzarəti mövcuddur.

Bununla yanaşı, dövlət və xüsusi icra məmuru arasında aşağıdakı fərqlər vardır:

Dövlət icra məmuru:

ədliyyə qulluqçusudur, Ədliyyə Nazirliyinin yerli icra qurumunda fəaliyyət göstərir;

xüsusi rütbə və xüsusi geyim forması daşıyır;

vəzifələrinin icrası müqabilində aylıq əmək haqqı alır;

bütün icra sənədlərini icra edir;

həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, o cümlədən probasiya nəzarətini həyata keçirir.

Xüsusi icra məmuru:

ədliyyə qulluqçusu deyil, ayrıca peşə sahibidir;

xüsusi geyim forması və nişan daşıyır;

Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında fəaliyyət göstərir;

fəaliyyətini ofisində həyata keçirir, bunun üçün öz köməkçisini və digər işçilərini işə götürür;

tariflər əsasında fəaliyyətindən gəlir götürür, bununla ofisini və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri ödəyir;

qanunda müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, bütün icra sənədlərini icra edir.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər xüsusi icra məmuru üçün müsabiqənin test mərhələsindən azad edilirlər. Test mərhələsindən azad edilmək üçün şəxslər bununla bağlı təsdiqedici rəsmi sənədləri 1 may 2026-cı il tarixinədək iş saatları ərzində – saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Müsabiqələrlə bağlı əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.

Previous Post

“108” Çağrı Mərkəzində çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarına xidmət göstəriləcək

Next Post

“Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq

Bənzər yazılar

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhərində yerləşən Fikrət Əmirov adına Gəncə...

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22

Oktyabrın 14-də inzibati rəhbər vəzifələr üzrə AB və AC, inzibati icraçı vəzifələr üzrə isə BA və BB vəzifə qruplarına aid...

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

14 Oktyabr 2026 - 16:07

Avqustun 17-də elan edilmiş dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib. Müsabiqə çərçivəsində 154 dövlət orqanında mövcud olan...

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

14 Oktyabr 2026 - 15:52

Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya...

Next Post
“Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq

“Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq

Mers: “Trampı mən seçməmişəm, lakin o, ABŞ-ın prezidentidir”

Mers: "Trampı mən seçməmişəm, lakin o, ABŞ-ın prezidentidir"

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

15 Oktyabr 2026 - 11:31
Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb

15 Oktyabr 2026 - 11:15
Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

15 Oktyabr 2026 - 11:08
Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

15 Oktyabr 2026 - 10:51
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

15 Oktyabr 2026 - 10:42
Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

15 Oktyabr 2026 - 10:34
Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

15 Oktyabr 2026 - 10:27
Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13
İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06
XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

15 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

15 Oktyabr 2026 - 09:36
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

15 Oktyabr 2026 - 09:11
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.