Almaniya kansleri Fridrix Mers mürəkkəb siyasi kontekstə baxmayaraq, ABŞ Prezidenti Donald Trampla işgüzar və “ağıllı” şəxsi münasibətlər qurmağa çalışdığını bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Mersin sözlərinə görə, mövcud şəraitdə Avropa müttəfiqlərinin dəstəyi olmadan öz təhlükəsizliyini tam təmin etmək iqtidarında deyil.
«Hazırda biz özümüzü müstəqil şəkildə müdafiə edə bilmərik», — deyə kansler qeyd edib və əlavə edib ki, yalnız bir neçə Avropa lideri Amerika prezidenti ilə etibarlı ünsiyyət kanalını qoruyub saxlayır.
Mers Trampa birbaşa çıxış imkanının olduğunu və qapalı danışıqların daha konstruktiv keçdiyini vurğulayıb, baxmayaraq ki, ümumi vəziyyət mürəkkəb olaraq qalır. «Onu mən seçməmişəm — lakin o, Amerika Birləşmiş Ştatlarının prezidentidir», — deyə o bildirib.
Məryəm





















