İran Xarici İşlər Nazirliyi bazar ertəsi İranın “Touska” ticarət gəmisini ABŞ-ın ələ keçirməsi ilə bağlı BMT-nin baş katibi və Beynəlxalq Dəniz Təşkilatına rəsmi şikayət edib.
Elchi.az xəbər verir ki, Tehran hadisəni beynəlxalq hüquq və atəşkəs razılaşmasını pozan “qanunsuz və barbar hərəkət” adlandırıb.
İran Xarici İşlər Nazirliyinin İRNA xəbər agentliyi tərəfindən yayılan bəyanatında vurğulanıb ki, İran bu cür hərəkətlərin “son dərəcə təhlükəli nəticələri” barədə xəbərdarlıq edir və gəminin, onun heyətinin və dənizçilərin dərhal azad edilməsini tələb edir.
Həmçinin əməliyyat zamanı ekipajın və onların ailə üzvlərinin qorxudulduğu iddia edilib.
Yeganə





















