ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazır vəziyyətdədir.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonda keçirilən brifinqdə hərbi nazir Pit Heqset bildirib.
“Biz prezidentimizin əmri ilə, bir düyməni sıxmaqla hərəkətə keçməyə hazırıq”, — deyə o qeyd edib.
Heqsetin sözlərinə görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokada qüvvədə qalmaqdadır. O dəqiqləşdirib ki, bu blokadada ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) 10%-dən az hissəsi iştirak edir. Bununla yanaşı, o xəbərdarlıq edib ki, əgər Tehran “yanlış seçim edərsə”, ABŞ İranın energetika infrastrukturuna zərbələr endirəcək.
Məryəm





















