"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanın gəlir siyasətinin əsas istiqamətləri açıqlandı

15 Aprel 2026 - 18:00
in İQTİSADİYYAT
FacebookVatsap

2027-2030-cu illər üzrə Azərbaycanın gəlir siyasətinin əsas istiqamətləri açıqlanıb.

Bunu da oxuyun

Azərbaycan nefti ucuzlaşdı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Bildirilib ki, gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

1. Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi: Vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, investisiya fəallığının təşviqi və sahibkarlıq subyektlərinin vergi yükünün optimallaşdırılmasıdır. Bu çərçivədə vergi inzibatçılığının sadələşdirilməsi, investisiyaları təşviq edən vergi alətlərinin təkmilləşdirilməsi və real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi nəzərdə tutulur.

2. Müddəti bitən vergi güzəşt və azadolmalarına yenidən baxılması: Vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsi, onların tətbiqinin məqsədəuyğunluğunun müəyyən olunmasıdır. Bu çərçivədə effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması, eyni zamanda prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü əsaslarla tətbiqinin davam etdirilməsi nəzərdə tutulur.

3. Vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin dəqiqləşdirilməsi: Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi, vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsi və vergi potensialının tam səfərbər olunmasıdır. Bu çərçivədə müxtəlif fəaliyyət sahələri üzrə vergitutma obyektlərinin konkretləşdirilməsi, iqtisadi əməliyyatların daha dolğun uçotunun təmin edilməsi və vergi bazasının genişlənməsinə xidmət edən normativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

4. Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi: Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi vəkönüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.

5. Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi: Vergi siyasətinin mühüm istiqamətlərindən biri vergi nəzarətinin effektivliyinin artırılması, inzibatçılıq mexanizmlərinin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi və könüllü əməletmə səviyyəsinin yüksəldilməsidir. Bu çərçivədə risk əsaslı nəzarət mexanizmlərinin genişləndirilməsi, rəqəmsal həllərin və məlumat mübadiləsi imkanlarının artırılması, vergi ödəyicilərinin uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi, eləcə də vergi orqanlarının inzibati fəaliyyətinin daha çevik və nəticəyönümlü şəkildə təşkili nəzərdə tutulur.

6. Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi: Müasir iqtisadi münasibətlər və sərhədlərarası əməliyyatların genişlənməsi şəraitində əsas istiqamətlərdən biri qeyri-rezident şəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinin daha effektiv mexanizmlər əsasında təşkili və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsidir. Bu çərçivədə rəqəmsal xidmətlər, elektron ticarət, beynəlxalq xidmət göstərilməsi və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi, vergi tutma mexanizmlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və vergi bazasının qorunmasına xidmət edən yanaşmaların gücləndirilməsi nəzərdə tutulur.

7. Dövlət büdcəsindən ayrılan vəsaitlərin vergitutma mexanizminin dəqiqləşdirilməsi: Dövlət maliyyəsinin idarə olunması baxımından əsas istiqamətlərdən biri dövlət büdcəsindən ayrılan vəsaitlərin vergitutma mexanizminin vahid və aydın əsaslarla tənzimlənməsidir. Bu çərçivədə subsidiya, subvensiya, transfert, qrant və digər büdcə vəsaitləri üzrə vergitutma yanaşmalarının dəqiqləşdirilməsi, dövlət vəsaiti alan subyektlər üzrə vergi öhdəliklərinin daha aydın müəyyən edilməsi, habelə bu sahədə mövcud hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Previous Post

Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq

Next Post

İranın hədəfində olan ABŞ bazaları: Çin istehsalı casus peykinin təfərrüatları

Bənzər yazılar

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.42 dollar və ya...

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28

2026-cı ilin iyun ayında Türkiyəyə boru kəmərləri vasitəsilə təbii qaz tədarük edən ölkələr arasında Azərbaycan birinci olub. Elchi.az xəbər verir...

ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Elchi.az xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda...

AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib. AYNA-dan Elchi.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən...

Next Post
İranın hədəfində olan ABŞ bazaları: Çin istehsalı casus peykinin təfərrüatları

İranın hədəfində olan ABŞ bazaları: Çin istehsalı casus peykinin təfərrüatları

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.