Tramp ABŞ-ın Hörmüz boğazını gəmiçilik üçün açdığını elan etdi
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını Çin və “bütün dünya” üçün “birdəfəlik” açdığını elan etdi. Yazı onun Truth Social səhifəsində dərc olunub.
“Çin mənim Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur. Bunu onlar və bütün dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah verməməyə razılaşıblar”, – deyə Tramp yazıb.
Tramp inanır ki, Çin prezidenti Si Cinpin Pekinə qarşıdakı səfəri zamanı ona “böyük, böyük qucaq açacaq”. ABŞ prezidenti hesab edir ki, o, Çin lideri ilə “ağıllı və çox yaxşı” işləyir.
“Bu, müharibə aparmaqdan daha yaxşı deyilmi??? Amma unutmayın ki, lazım gələrsə, müharibə aparmaqda çox yaxşıyıq – hər kəsdən daha yaxşı!!!” Tramp yazının sonunda təhdid edib. 12 apreldə ABŞ-ın İranla əsas müqavilələrin pozulmasından sonra Hörmüz boğazını blokadaya aldığı elan edildi. ABŞ Hərbi Dəniz Qüvvələri İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləyir və saxlayır, həmçinin ərazidəki minaları təmizləməyi planlaşdırır.
Məryəm





















