Litvanın “Delfi” portalı Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatlarını Litva xalqına qarşı təhqiramiz hesab edib.
Elchi.az xəbər verir ki, portalın qeyd etdiyinə görə, Belarus liderinin sözləri Litvada son dərəcə mənfi qarşılanıb və kütləvi informasiya vasitələrinin etirazına səbəb olub.
İnsidentə səbəb Lukaşenkonun Mogilev vilayətində regionun sosial-iqtisadi inkişafına həsr olunmuş iclasda çıxışı olub. O, çıxışı zamanı Litva mətbuatının qəbuledilməz və alçaldıcı kimi qələmə verdiyi dildən istifadə edib.
Port onu da qeyd edib ki, işlədilən sözlərdən biri tarixən danışıq nitqində litvalılar üçün alçaldıcı termin kimi işlənib və litva dilində salamlaşma formasından yaranıb.
Yeganə





















