“Biz Rusiyanın arxasınca və ya ona qarşı heç nə etmirik”.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin aprelin 9-da keçirilən iclasının yekunlarına dair brifinqdə Qazaxıstanın xarici işlər nazirinin Ermənistana səfəri zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni güzəştli idarəyə verilməsinin müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Qazaxıstan ötən ilin avqust ayından “Tramp marşrutu”na marağı ilə bağlı açıqdır. Lakin Qazaxıstan maraq göstərən yeganə ölkə deyil. Çoxlu sayda ölkə var. Biz də, o cümlədən Qazaxıstan təkliflə çıxış etməliyik. Bu ölkələr həm ixrac-idxal zəncirlərində, həm də göstərdikləri nəqliyyat xidmətlərində Ermənistan ərazisindən keçən tranzit marşrutlarından istifadə etməyə hazır olmalıdırlar”, – deyə Paşinyan bildirib.
Yeganə





















