ABŞ silahlı qüvvələri İrana qarşı keçirdiyi əməliyyat zamanı bu ölkənin 150 gəmisini və raket istehsalı üzrə sənaye obyektlərinin 80%-ni sıradan çıxarıb.
Elchi.az xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib.
“Nazir Pit Heqsetin dediyi kimi, İran donanması hazırda əsasən Fars körfəzinin dibindədir. Qiymətləndirmələrimizə görə, biz onların əsas donanmasının 90%-dən çoxunu, o cümlədən bütün iri yerüstü döyüş gəmilərini batırmışıq. İndi 150 gəmi okeanın dibindədir”, — deyə general qeyd edib.
Onun sözlərinə görə, zərbələr nəticəsində İranın dəniz minaları anbarlarının 95%-dən çoxu məhv edilib. “Bəlkə də ən önəmlisi odur ki, biz İranın müdafiə-sənaye bazasını, onların yaxın illərdə bu imkanları bərpa etmək qabiliyyətini yox etdik. Tərəfdaşlarımızla birlikdə onların silah zavodlarının təxminən 90%-nə zərbə endirdik”, — deyə Keyn məlumat verib. O əlavə edib ki, əməliyyat zamanı “Shahed” PUA-larını və bu dronlar üçün istiqamətləndirmə sistemlərini istehsal edən bütün fabriklər vurulub.
“Onların raketdən müdafiə ehtiyacları üçün sənaye gücləri dağıdılıb: raket obyektlərinin 80%-dən çoxu, həmçinin bərk yanacaqlı raket mühərrikləri istehsal edən müəssisələri məhv edilib”, — deyə Keyn iddia edib.
Məryəm





















