"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Dedilər, Ramil Usubov da ordadır, camaat onu fitə basdı”

04 Aprel 2026 - 19:24
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Baş prokurorunun keçmiş birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İsa Nəcəfovun “Yeni Sabah”a müsahibəsi:

Bunu da oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

MİQ-in nəticələri açıqlanıb

– Övladlarınız və nəvələriniz arasında sizin yolunuzu davam etdirən varmı ?

– İki oğlum var. Böyük oğlum prokurorluqda, Korrupsiyaya qarşı Mübariz İdarəsində prokuror işləyir. O biri oğlum İngiltərədə işləyir.

– Hüquq sahəsində?

– Bizim sahə çox çətin, ağır sahədir. Burada birinci növbədə yaradıcılıq qabiliyyətin, istəyin olmalıdır. Yaradıcılıq ruhu yoxdursa, işləyə bilməyəcəksən. İki nəvəm var. Biri bu il 11-ci sinfi bitirəcək, o biri də hələ 6-cı sinifdə oxuyur.

– Pensiyaya çıxmaq barədə düşünürsünüz?

– Mən artıq pensiyaya çıxmışam. Amma işlədiyim üçün pensiyamın yarısını alıram. 11-12 aydan sonra burdakı fəaliyyət müddətim bitir, o zaman 100 faiz pensiyaçı olacam.

– Pensiya dövrünüzlə bağlı xəyallarınız var yəqin… Burdan ayrılacaqsınız yəqin. Pensiya dövrünüzü necə keçirməyi düşünürsünüz?

– Onu gələcək göstərər.

– Yenə işləməyi düşünürsünüz, yoxsa dincəlməyi?

– Mən dincəlməyi bacarmıram. Dincəlmək üçün də onu bacarmaq lazımdır.

– Məsələn, yorulıdunuz, dincəlmək ehtiyacınız yarananda nə olur?

– Mən işsiz dayana bilmirəm. İki il mən işsiz oldum, o müddətdə günümü ancaq kitab oxumaqla keçirdim. Oxumaq, oxumaq, oxumaq.

– Bədii yaradıcılığı davam etdirməyi düşünürsünüz?

– Yaradıcılıq səndən asılı deyil. Onu sənə verməlidirlər. Paralel dünya var, sənin fikirlərini onlar sənə deyir ki, belə yaz. Biz idarə olunuruq, biz nəyi isə idarə edə bilmərik, bizi idarə edirlər. Allahın varlığı, onun dediyi hər şey mövcuddur. Elə hadisələr baş verib ki, mən əmin olmuşam ki, o həqiqətən var və bizi qoruyur.

– Allah Sizi nələrdən qoruyub?

– Həlak olmaqdan. Kritik vəziyyətə düşmüşəm. Gözlənilmədən o məni çıxarıb. Başa düşə bilməmişəm ki, mən necə bu ölümdən xilas ola bildim.

Mən İslama dair 16 kitab tərcümə etdirmişəm. Əbu Həmid əl-Qəzalinin 5 kitabını fars, ərəb dilindən tərcümə etdirmişəm. Paylamışıq ki, insanlar oxusun və İslamın nə olduğunu bilsinlər. İnsanlar ayrı-ayrı təriqətlərə, dinlərə xidmət etsələr də, başa düşürlər ki, Allah birdir. Mən müsəlmanam, səhhətimə görə Oruc tuta bilmirəm. Amma mən heç bir zaman haqqı nahaqqa sata bilmərəm. Heç kimin haqqını yeyə bilmərəm.

– Haqq-nahaqdan söz danışmışkən, iki dəfə baş vermiş devalvasiya zamanı bir çox rəsmi şəxs bu barədə danışmaqdan çəkinərkən, bu barədə açıq danışan ilk vəzifəli şəxs olmusunuz. Hətta Milli Bankın rəhbəri də çox sonralar devalvasiyanı etiraf etmişdi. Bu mövqeni sərgiləmək, çoxluğa qarşı getmək Sizinçün çətin olmadımı?

– Yox. Hər bir insanın özünün seçdiyi yol var. Yaşadığı həyati prinsiplər var. Əgər insan Allaha inanırsa, seçdiyi prinsiplərə də inanmalı və bu yolla getməlidir. İkincisi, insan haqqı danışmaqdan qorxmamalıdır. Dediyim kiminsə xoşuna gəlməz, məni işdən çıxaracaqlar deyə düşünməməlidir. İşdən çıxarırılar – çıxarsınlar. Başqa vaxt da səni işdən çıxara bilərlər. Mən bəzən belə adamlara gülürəm və acıyıram ki, sən haqqı qoyub, niyə nahaqdan yapışırsan ki…Həyatdır, hərənin seçdiyi bir yol var.

– Konstitusiya Məhkəməsinin qərarına verdiyiniz o şərhlə Azərbaycanda iqtisadi böhran və devalvasiyanın mövcudluğu ilk dəfə təsdiq olundu…

– Bəli, sonralar da təsdiq olundu ki, mən düz demişəm.

– Konstitusiya Məhkəməsinin 9 hakimindən 8-inə qarşı getmisiniz…Onlar Sizin şərhinizi, fikirlərini eşitmədi?

– Eşitmədi, bu onların öz işidir. Sonra eşitdilər. Mən Konstitusiya Məhkəməsində baxılan 32 iş üzrə, məhkəmələrin və prokurorluğun sorğuları əsasında qanunların tətbiqi məsələlərinə dair xüsusi rəy bildirərək əleyhinə səs vermişəm. Bəzən məhkəmələr mənim xüsusi rəyim əsasında hökm çıxarıb, qərar qəbul ediblər.

– Otağınızda bir hüquqçu üçün çox sayıla biləcək sayda klassik bədii ədəbiyyat nümunələri görürəm. Konstitusiya hüququ ilə məşğul olan bir şəxs kimi fəaliyyətinizə nə kimi rolu var bu kitabların?

Nizami Gəncəvinin bütün əsərləri fəlsəfədir, təbiətin, insan xarakterinin təsviridir. Nəsihət var, yaşam qaydaları var orda. Onları bilmədən yaxşı hüquqşünas olmaq mümkün deyil.

Mirzə Ələkbər Sabir böyük tənqidçidir. Öz ölkəsinin vətəndaşlarını mədəni, oxumuş görmək istəyir. Tənqidi ilə insanları buna yönəldir ki ziyalı olsun, vətəni, insanlığı, haqqı sevsin. Onsuz həyatda yer tutmaq mümkün deyil. Bizim bir müəllimimiz vardı – Vaqif Hacıyev. Deyirdi ki, kitab oxuyun, mənəvi dünyanızı qidalandırın.

Kim deyirsə ki, mən oxumuram, o, çox böyük səhv edir. Kitab oxumaq – özünütərbiyədir. Axı hər bir insanın həyatda idealı olmalıdır, kiməsə oxşamalıdır. Allahın hikmət verdiyi insanlar var. Allah sevdiyi insanlara hikmət verir. Kitab oxuyanlar da, əgər həyata açıq gözlə baxa bilirlərsə və keçmiş filosofların, ədiblərin həyatını yaşamaq istəyirsə, oxuduğu kitablardan bir nəsihət götürməlidir.

Səməd Vurğunun “Fərhad və Şirin” əsərində dediyi  kimi:

“Onsuz da fanidir hər şeyin sonu,

Bir şahla gədənin kim olduğunu

Torpaq sormayacaq qəbirdə bizdən”.

Bu, çox dərin və həyati bir dərsdir. İnsan həyatda yaşadıqlarından dərs almadığı üçün bədbəxtliklərə düçar olur. Bədbəxtliyə düçar olmaq istəmirsə, kiminsə etdiyi səhvdən dərs çıxarmağı bacarmalısan.

– Hazırda nə oxuyursunuz?

– Hakimlərimizdən Rəşid Rzayevin Camal Mustafayev və Abbas Seyidovla birlikdə yazdığı “Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbi”, bir də yenidən Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni kitabını oxuyuram.

– 2020-ci ilin Tovuz döyüşlərindən sonra torpaqlarımızın işğaldan azad olunması tələbi ilə keçirilən aksiyalardan sosial şəbəkələrdə yayılan görüntülərdə Sizi də görmüşdüm…

– 2020-ci ilin iyulun 12-də hadisələri zamanı gecə saat 11-də mənə zəng gəldi. Dedilər ki, xəbərin var? Dedim nədən? Dedilər ki, bütün millət qalxıb ayağa. O saatda mənim də nə baş verdiyindən xəbərim yoxdur, yatmağa hazırlaşıram. Mənə videolar göndərdilər, gördüm ki, camaat  küçələrdədir. Dedim, yaxşı.

Bir azdan başqa yerdən də zəng elədilər. Dedilər, insanlar qalxıb ayağa. Həmin adam da videolar göndərdi. Bir adama zəng elədim. Durumla bağlı danışdım, dedilər ki bizim də xəbərimiz var.

Bundan sonra dostum Mübarizə zəng elədim. Dedim, belə bir məsələ var, gəl gedək ora. Onunla Hytatt Parkın yanında görüşdük. Ordan gəldik çıxdıq dəniz kənarına. Gördük insan axını var. Qoşulduq onlara. Mənə də maraqlıdır ki, bunlar kimdir, nə istəyirlər? Üstündən bir-iki dəqiqə keçəndə, bir adam yaxınlaşdı. Dedi, ağsaqqal, salam. Dedim, əleykümə salam. Qayıtdı ki, biz çox fəxr edirik ki, sizin yaşdan adam bizə qoşulub. Dedi, gəlin, bizə rəhbərlik edin. Bir söz demədim, yoluma davam etdim. Ordan qalxdıq düz parlamentin yanına. Gördüm ki, ayrı-ayrı dəstələr gəldikcə digərləri ordan çıxıb gedirlər. Başa düşdüm ki, burda vahid rəhbərlik yoxdur. Mənim də ora getməkdə məqsədim dövləti müdafiə etmək idi. Çünki kütlə qarşısına xalqın yanında üzü olan adam çıxmalıdır. Mübarizlə gəldik bir yerdə dayandıq. Dedilər, mitinq olacaq, meqafon lazımdır. Bunlar hazırlığa başladılar. 2-3 saat keçdi. Gördüm bir dəstə polis gəlir. Dedilər, Ramil Usubov da polisin içindədir. Camaat da bunu bildi və onu fitə basdı. Ramil Usubov da yuxarı qalxdı. Gördüm hər şey sakitlikdir, mənlik bir şey yoxdur. Gecə saat 3, 4-ə işləmiş olardı. Səhhətimə görə ayaqda çox qala bilmirəm deyə, Mübarizə dedim, artıq sağ-salamatlıqdır, mən çıxıb gedirəm.

Etirazçıların şüarı “Qarabağa azadlıq” və ”Nəcməddin Sadıqova istefa” idi. Bundan da gözəl nə ola bilər? Getdik, Mübariz məni yola saldı.

Səhər sanki kimsə mənə dedi ki, sənə müraciət edənlərə cavab ver. O adamlara marşal Rakasovskinin məşhur sözləri ilə cavab yazdım. “Ağılla vuruşub, ağılla ölmək lazımdır”.

Bir gün sonra gördüm ki, 1993-cü ildə mənim həbs elədiyim Naxçıvan daxili işlər nazirinin müavini Siyavuş Mustafayevi tutublar ki, o da həmin hadisələrdə olub və parlamentin içinə girib proseslərə rəhbərlik edib. Ondan burda nələr baş verdiyini başa düşdüm.

– Sizi Siyavuş Mustafayevlə bağlamaq istəyiblər?

– Sadəcə məndən istifadə etmək istəyiblər. Məni o aksiyaya rəhbərlik etməyimi təklif edənlər o qüvvələrlə bir arada olduğumu göstərmək istəyiblər. Mən isə o qüvvələrlə bir arada ola bilməzdim. Məni o proseslərlə bağlamağa çalışdılar. Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı. Olardım xain. Mənimçün xəyanət ölümdən daha betərdi. Bağışlanılmaz səhvdir.

– Şəxsi biznesiniz varmı? Tusi klinikasının Sizə məxsus olduğu barədə fikirlər var…

– Mənim rəsmi biznesim yoxdur. Tusi Klinikası ailə üzvümə aiddir.

– Hazırkı səhiyyə naziri vaxtilə Tusi klinikasında çalışıb. Onun nazir kimi fəaliyyətini necə dəyərləndirirsiniz?

– Teymur Musayev ensiklopedik tibbi biliyə malik bir insandır. O, “Tusi”də (klinika) işləyərkən Rigada təşkil olunmuş tibbi idarəçilik üzrə magistraturanı bitirib. İki il o orada qiyabi oxuyub. Ora qəbul olunan 25 nəfərdən sona qədər cəmi 2 nəfər qala, imtahan verib, yüksək nəticə ilə məzun ola bilib. Həmin iki nəfərdən biri də Teymur Musayev olub.

Təbabətin elə bir sahəsi yoxdur ki, Teymur Musayevin onun haqqında məlumatı olmasın. Məsələn, əsasən kişilərdə prostat vəzi və uroloji xəstəliklərin müalicəsində istifadə olunan “Lumenis” adlı bir cərrahi aparat var. Qafqazda və yaxın regionda bu aparatı ilk tətbiq edən məhz o olub.

O çox qabiliyyətli bir mütəxəssisdir. Bu gün Səhiyyə Nazirliyinin əvvəlki kimi geniş səlahiyyətləri yoxdur. Demək olar ki, ölkədəki tibb müəssisələrinin böyük əksəriyyəti TƏBİB-in tabeliyindədir və onun tərəfindən idarə olunur.

İşlədiyi dövrdə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Onunla bağlı hərdən məlumat alıram.

Müasir qanunvericiliyi yaxşı bilir, insanlarla ünsiyyət qurmağı bacarır və kollektivlə işləmək qabiliyyəti yüksəkdir. İnsanları müəyyən bir istiqamətdə işlədə və kollektiv daxilində nüfuz qazana bilir.

– Müsahibə boyunca diqqətimi çəkən bir məqam oldu ki, Heydər Əliyevlə mütəmadi təmasda olduğunuz xatirəkırdın bəhs etdiniz . Əvvəlcə Baş Prokurorun birinci müavini, daha sonra Konstitusiya Məhkəməsinin hakimi statusu ilə rahatlıqla Prezidentlə əlaqə yarada bilmənizdən belə anlamaq olar ki, Sizə fövqəladə etimad göstərilib…

– Hər bir insanın idealı və həyatda istəyi var.

Vətənə xidmət etmək var, dövlətə xidmət etmək var. Fərqli ifadələr olsa da, bunlar vahid xidmətkırdir.

Dövlətə xidmət edə bilməsən, Vətəni sevə, müdafiə edə, xalqını sevə bilməyəcəksın. Vətən sevgisi, Millət sevgisi, Dövlət sevgisi – bunlar bir yerdə olmalıdır. Əgər kimdəsə Vətən, Xalq sevgisi var, Dövlətə sevgi yoxdursa, insan insan kimi yaşaya bilməz.

– İsa müəllim, texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə necə deyərlər Nuh Əyyamından qalma, düyməli cib telefonu işlədirsiniz. Bunun xüsusi bir səbəbi var?

– Ağıllı telefonum da var. Sadəcə, bir müddət onu istifadə edəndə gördüm ki, oynaqlarımda ağrı var. O telefonu qoydum kənara, iki həftədən sonra gördüm ki, o ağrılarım keçib getdi. Hər bir yenilik, özü bir təhlükədir. Müasir telefonlarda elektromaqnit dalğaları var – insan hüceyrələrinə, oynaqlarına təsir edir, insanın ömrünü qısaldır. İnsanlar nə üçün keçmişdə 100-120 il yaşayırdı? Çünki o zaman insanlar çox informasiya almıırdı. İnsanlar qonşu kənddə baş verənlərdən xəbəri olmurdu. İndi dünyanın bir ucunda baş verənləri oxuyub bəzən əsəbiləşir, həyəcanlanırıq. Bu da səhhətimizə mənfi təsir edir. Kitab insanın ən yaxşı dostudur.

İlhamə Qasımlı

Previous Post

Paşinyan: Cəhənnəmdən keçib Ermənistanı geosiyasi tələdən çıxardıq

Next Post

İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub

Bənzər yazılar

Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə,...

MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45

14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş...

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş...

Next Post
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub

İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub

Cənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır

Cənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.