Qardaşlıq – 2026″ təlimi keçirilib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında məlumat paylaşılıb.
“Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində “Sarsılmaz Qardaşlıq – 2026″ təlimi uğurla həyata keçirilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri “Heydər Əliyev-2026” təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.





















